Məşhur türk futbolçusunun adı İŞİD-lə hallandı

13:16 4 İyul 2016

Futbol üzrə Türkiyə milli komandasının ən gənc istedadlı futbolçusu Emre Mor yenidən gündəmə gəlib.


Türk mətbuatına istinadən xəbər verir ki,Almaniyanın “Borussiya Dortmund” komandasına transfer olunan Emre bu dəfə geyindiyi kepka ilə müzakirə obyektinə çevrilib.

Yeni komandasının stadionunda gəzən futbolçunu qara rəngli kepkasının üzərində ərəb dilində yazıların olması(London yazısı-red) sosial mediada ciddi müzakirə edilib.

Kəskin etiraza səbəb olan bu yazı, hətta bəziləri tərəfindən İraq Şam İslam Dövləti ilə də əlaqələndirib. 

Bəzi izləyici sözügedən yazını İŞİD-lə əlaqələndirsə də, bir çoxu Emrenin terror birləşməsinə simpatiyasının olmasının mümkünsüzlüyün yazıb.

Bu arada, Morun meneceri İŞİD iddialarına kəskin reaksiya verib. O, Emrenin haqqında İŞİD-lə bağlı xoşagəlməz sözlər yazan izləyicilərini məhkəməyə verəcəyini deyib.


Xəbər xətti