"Mançester Siti"dən "Real"a 75 milyon avro

21:53 4 İyul 2016

"Real"ın yarımmüdafiəçisi Toni Kroos karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Almaniyalı futbolçu "Mançester Siti"nin maraq dairəsinə düşüb.

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 26 yaşlı futbolçunu yeni mövsümdən komandasında görmək istəyir. Mançester təmsilçisi bu transfer üçün "kral klubu"na 75 milyon avro ödəməyə hazırdır. "Real"ın bu təklifi necə qarşılayacağı maraqla gözlənilir.

Qeyd edək ki, 2014-cü ildən "Real"da oynayan Kroos keçirdiyi 68 oyunda 3 qol vurub.


Xəbər xətti