"Qarabağ" azarkeşlərinin nəzərinə: biletlər satışa çıxır

23:07 4 İyul 2016

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "F91 Düdelanj" (Lüksemburq) qarşılaşmasının biletləri satışa çıxır.

Biletlər iyulun 7-si saat 10:00-dan etibarən satışa çıxarılacaq.

Azarkeşlər biletləri görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Qeyd edək ki, "Qarabağ" - "F91 Düdelnaj" matçı iyulun 12-si saat 21:00-da start götürəcək.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11-13 və 16-18 nömrəli sektorlar - 5AZN

VİP (14-15 sektorlar) - 30 AZN


Xəbər xətti