"Qəbələ"nin Gürcüstan planı

23:51 4 İyul 2016

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Samtredia”nın qonağı olacaq “Qəbələ”nin Gürcüstan səfərinin planı müəyyənləşib. Əyalət təmsilçisi qonşu ölkəyə çarter reysi ilə yollanacaq. "Qırmızı-qaralar" iyulun 6-sı saat 12:00-da Bakı Hava Limanından Kutaisi istiqamətində yola çıxacaq. Roman Qriqorçkun komandası vətənə ertəsi gün qayıdacaq. “Qəbələ” “Tsaxltubo Plaza” Hoteldə məskunlaşacaq. Tsaxltubo şəhəri oyunun keçiriləcəyi Zestafonidən 50 km aralıqda yerləşir.
 
İyulun 7-də saat 19:00-da start götürəcək oyundan dərhal sonra təmsilçimiz Azərbaycana qayıdacaq. Qeyd edək ki, bu komandalar arasında ötən cümə axşamı Bakıda baş tutan ilk görüşdə “Qəbələ” 5:1 hesablı qələbə qazanıb.


Xəbər xətti