Tayson rinqdə - Rəqib Kliçkodur

01:11 5 İyul 2016

WBA və WBO versiyaları üzrə dünya çempionu, britaniyalı ağırçəkili boksçu Tayson Fyuri və Vladimir Kliçko arasında keçiriləcək döyüşün vaxtı müəyyənləşib.

Bu maraqlı qarşılaşma oktyabrın 29-da Mançesterdə baş tutacaq. Bu haqda ukraynalı boksçunun meneceri Bernd Bente bildirib.

Əvvəlcə revanş döyüşünün iyulun 9-da keçiriləcəyi söylənilirdi. Ancaq iyunun 24-də Fyuri zədəyə görə döyüşün ertələndiyini elan etdi.

40 yaşlı Kliçkonun karyerasında 64 qələbə (53 nokaut) və 4 məğlubiyyət (3 nokaut) var. 27 yaşlı Fyuri isə indiyədək uduzmayıb – 25 döyüş, 25 qələbə (18 nokaut).


Digər xəbərlər

Xəbər xətti