Hollandiyalı futbolçu rəsmən "Fənərbaxça"da

01:29 5 İyul 2016

Türkiyənin “Fənərbağça” klubu hollandiyalı Qreqori van der Vili transfer etdiyini rəsmən açıqlayıb.

Futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Mərasimdə klubun baş katibi və mətbuat katibi Mahmut Uslu, vitse-prezidentlər Ali Yıldırım, Şekip Mosturoğlu və Tahir Sarıoğlu iştirak ediblər.

28 yaşlı müdafiəçi “sarı-lacivərtlilər”ə transferindən xoşbəxt olduğunu bildirib.

Xatırladaq ki, Qreqori van der Vil karyerası ərzində Hollandiyanın “Harlem”, “Ayaks” və Fransanın PSJ klubunda çıxış edib.


Digər xəbərlər

Xəbər xətti