Cüdoçularımız vətənə döndülər

10:11 5 İyul 2016

Finlandiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.

 

Sportarena.az xəəbər verir ki, mötəbər turnirdə 3 medal qazanmış milli komandamızın üzvlərini Heydər Əliyev adına Binə Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar.


Qeyd edək ki, Avropa çempionatında cüdoçularımızdan Rövşən Əliyev (50 kq), Əhməd Yusifov (55 kq) qızıl, Raşxan Baxşəliyev (50 kq) isə bürünc medala sahib olublar.


Digər xəbərlər

Xəbər xətti