"Qarabağ"ın cavab oyununun başlama saatı bəlli oldu

15:11 5 İyul 2016

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Düdelanj" - "Qarabağ" matçının başlama saatı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, iyulun 20-də Lüksemburqda "Yos Nosbaum" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında keçiriləcək ilk oyun iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Matç saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti