"Milan" çinlilərə satıldı

17:08 5 İyul 2016

İtaliyanın keçmiş Baş naziri və “Milan” futbol klubunun prezidenti Silvio Berluskoni klubun Çin investorlarına satıldığını təsdiq edib.


Sportarena.az xəbər verir ki, S.Berluskoni klubunun yeni sahiblərindən transferlər üçün 400 milyon xərcləmələrini tələb edib.


Onun sözlərinə görə, Çin investorları “Milan”ı əvvəlki səviyyəyə çatdıra bilərlər.


Qeyd edək ki, S. Berluskoni 1986-cı ildən "Milan"ın prezidentidir. "Milan" sonuncu dəfə 2010-2011 mövsümündə İtaliya çempionu olub.


Digər xəbərlər

Xəbər xətti