(R) İlhamə Qasımova, Oksana Rəsulova, Günay İbrahimli və digər məşhurlar AAAF Parkda Ramazan konsertində!

00:10 6 İyul 2016

AAAF Park olaraq Konsert ənənəsini davam etdirir. Sizi bu dəfə iyulun 9-u, saat 19:00-da möhtəşəm Ramazan Konsertinə dəvət edirik.

Kompleksimizin fəvvarə ətrafındakı məkanında məşhur müğənnilərin iştirak edəcəyi bu gözəl gecədə xoş anlar yaşayacaqsınız! Qonaqların siyahısını görmək, buna əmin olmaq üçün yetərlidir:

Oksana Rəsulova və onun “Hind rəqs qrupu”
Günay İbrahimli
İlhamə Qasımova
Ayaz Qasımov
Emil Bədəlov
Elçin Cəfərov
Və başqaları…
Konsertin aparıcısı şoumen Şəhriyar Əbilovdur.

Bu Bayram fərqli və möhtəşəm olacaq.

Qeyd edək ki, konsertə giriş ödənişlidir və 6 yaşından yuxarı hər kəs üçün 15 manat müəyyən edilmişdir.

Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167. AAAF Park Yaşayış Kompleksi.
Əlaqə telefonu: *6464, 012 310 0 410


Xəbər xətti