Nani "Fənərbaxça"dan getdi: rəsmən La Liqada

23:49 5 İyul 2016

“Fənərbaxça”nın futbolçusu Luis Naninin “Valensiya”ya keçidi rəsmiləşib.

Klubun rəsmi saytının verdiyi məlumata görə, portuqaliyalı futbolçu La Liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Bu transfer “yarasalar”a 8,5 milyon avroya başa gəlib.

Xatırladaq ki, “Fənərbaxça”nın heyətində 46 oyun keçirən 29 yaşlı futbolçu 12 qol vurub.


Xəbər xətti