Mourinyo Runidən danışdı: "Mənim rəhbərliyimlə o 6 nömrə mövqeyində oynamayacaq"

00:30 6 İyul 2016

“Mançester Yunayted”də ilk müsahibəsini verən Joze Mourinyo Ueyn Runini hansı mövqedə oynadacağı barədə danışıb.

“Mənim rəhbərliyimlə o 6 nömrə mövqeyində oynamayacaq. O topdan 50 metr aralıqda oynayan kəslərdən deyil. Bəli siz mənə deyə bilərsiz ki, onun ötürmələri heyranedicidir. Bəli bu belədir. Ancaq üzərimdə təzyiq olmasa mənim də ötürmələrim valehedicidir. Əla ötürmə verə bilən çoxlu futbolçu var. Lakin topu tora göndərə bilən futbolçu tapmaq daha çətindir. Mənim üçün o 9 nömrə və ya 10 nömrə olacaq. 9 yarım da ola bilər amma 6 əsla”


Xəbər xətti