SON DƏQİQƏ: Lionel Messi və atası həbs olundu

15:05 6 İyul 2016

Həbs cəzası təxirə salınan argentinalı ulduz futbolçu Lionel Messi və onun atası İspaniya hökümətinə 3.5 milyon avro ödəyəcək.


Sportarena.az xəbər verir ki, vergidən yayınmaqda günahlandırılan ulduz futbolçu və atası Xorxe Messi məhkəmədən bəraət qazana bilməyib. İspaniya məhkəməsi ulduz futbolçu və atasına 21 aylıq həbs cəzası verib.Lakin ulduz futbolçu və atası həbs olunmayacaq. Çünki İspaniya qanunvericiliyinə əsasən, cəza müddəti 2 ildən az olarsa, şəxslər həbs edilmirlər. Bu səbəbdən Messi və atası həbsə girmək məcburiyyətində qalmayacaqlar.


Məhkəmə Messiyə 2 milyon, atasına isə 1.5 milyon avro pul cəzası verib.


Digər xəbərlər

Xəbər xətti