"Mançester Yunayted"in futbolçusu "Barselona"nın hədəfində

00:35 7 İyul 2016

"Barselona"nın hədəfindəki daha bir futbolçu müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, Kataloniya klubu "Mançester Yunayted"dən Matteo Darmianı heyətinə qatmaq istəyir.


"Barselona" bu futbolçuya görə uzun müddətdi maraq dairəsində olan "Volfsburq"un üzvü Rikardo Rodrigesdən imtina edib. Məlumata görə, La Liqa klubu yaxın günlərdə "Mançester Yunayted"ə təklif göndərəcək.


Digər xəbərlər

Xəbər xətti