"Kəpəz" qalib gələrək, "Qəbələ" məğlub olaraq növbəti mərhələyə yüksəldi - YENİLƏNİB

20:54 7 İyul 2016

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.


Sportarena.az xəbər verir ki, bu gün daha iki təmsilçimiz "Kəpəz" və "Qəbələ" də növbəticavab matçlarına çıxacaq.


İlk oyunda "Samtredia"nı böyük hesabla məğlub edən "Qəbələ" klubu cavab matçının favoriti hesab olunur. Növbəti mərhələyə vəsiqəni təmin edən Qəbələ təmsilçisi bu matçda hansı hesabı əldə edəcəyi maraqla gözlənilir.


"Samtredia" - "Qəbələ" matçı ilə eyni vaxtda başlayacaq "Daçiya" - "Kəpəz" görüşü də maraqla gözlənilir. Bakıda keçirilən görüşün 0:0 hesabı ilə bitdiyini nəzərə alsaq, istənilən qollu bərabəlik "Kəpəz"i növbəti mərhələyə yüksəldəcək.


7 iyul

Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu

19:00. "Samtredia" (Gürcüstan) - "Qəbələ" (Azərbaycan)  2:1

Qollar:  Budu Zivzivadze, 15, (1:0), Teo Uiks, 42, (1:1), Davit Jekia, 90+2, (2:1)
İlk oyun - 1:5
Baş hakim: Georgios Kizas
Yan xətt hakimləri: Çasan Koula, İoannis Sipkas
Zestafoni. David Abaşidze adına stadion


19:00. "Daçiya" (Moldova) - "Kəpəz" (Azərbaycan)  0:1

Qol:  Dario Frederiko, 56, (0:1)
İlk oyun - 0:0
Baş hakim:
Laşa Silaqava 
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria (Hamısı Gürcüstan)
Speya. Speya Stadionu 


Xəbər xətti