Messi apellyasiya şikayəti verəcək

11:59 7 İyul 2016

Dünən Lionel Messi və atası Xorxe Messiyə İspaniya məhkəməsinin 21 aylıq həbs qərarı verməsi bərədə xəbər vermişdik.


Sportarena.az xəbər verir ki, "Barselona"nın futbolçusu Lionel Messi barəsində çıxarılan hökmdən apellyasiya şikayəti verəcək. 
 

 
Qeyd edək ki, İspaniya qanunvericiliyinə görə, cəza müddəti 2 ildən az olduqda müttəhimlərə şərti cəza verilə bilər. Bu səbəbdən məhkəmə Messini 2, atasını isə 1,5 milyon avro məbləğində cərimələyərək həbs etməyib.


Xəbər xətti