Taekvondoçularımız Lüksemburqa yollandı

13:30 7 İyul 2016

Taekvondo üzrə böyüklərdən ibarət yığma komandamızın üzvləri növbəti yarışa qatılmaq məqsədi ilə artıq Lüksemburqun paytaxtına yollanıb.

 

Sportarena.az xəbər verir ki, təlim-məşqlərin ardından Avropaya yola düşən komandamız 09-10 iyul tarixlərində təşkil edilən “Lüksemburq Open”-ə qatılacaq. 

 

G1 kateqoriyalı turnir həm reytiq xalları həm də Rio Yay Olimpiya Oyunları öncəsi taekvondoçular üçün önəmli əhəmiyyət kəsb edir. Kişilərdən ibarət millinin baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanov bu yarışda tam heyətə üstünlük verib. Belə ki,-54 kq çəki dərəcəsində Məcid Soyiyev, Mikayıl Əliyev (-58 kq), Məhəmməd Məmmədov (-63 kq), Sina Bahrami və Ayxan Tağızadə (-hər ikisi -68 lq), Səid Quliyev (-74 kq), Milad Beigi Hərçəqani (-80 kq),Ramin Əzizov, Payam Qobadi Oğaz (-87 kq) və Radik İsaevə (+87 kq) şans verəcək. Qadınlardan isə yalnız Fəridə Əziziova (-67 kq) mükafatlar uğrunda mübarizə aparacaq. 


Qeyd edək ki, Əzizovanın şəxsi məşqçisi Səbuhi Zülfüqarov və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə Lüksemburqa yollanıb. Millimiz 12 iyul tarixində vətənə dönərək qarşıdan gələn Yay Olimpiya Oyunlarına hazırlıqlarını davam etdirəcək.


Xəbər xətti