"Fənərbaxça" daha bir ulduz futbolçu transfer edir - RƏSMİ

15:59 7 İyul 2016

"Fənərbaxça" Qreqori van der Vil və Roman Noyştadterdən sonra daha bir ulduz futbolçu transfer etməyə hazırlaşır.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-lacivərtlilər" müdafiə xəttini gücləndirmək məqsədi ilə "Liverpul"un müdafiəçisi Martin Şkrtel ilə danışıqlara başlayıb.
 
Slovakiya millisinin üzvü olan 31 yaşlı futbolçunun yaxın günlərdə "Fənərbaxça" ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.
 

Qeyd edək ki, 2007-ci ildən "Liverpul" forması geyinən futbolçu bu müddət ərzində 319 görüşə çıxıb və 18 qol vurub.


Xəbər xətti