"Qarabağ" - "Düdelanj" matçını hansı kanal yayımlayacaq?

16:50 7 İyul 2016

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində "Düdelanj"la oyunu "CBC Sport" kanalı ilə canlı yayımlanacaq. 

 

Sportarena.az xəbər verir ki, bu barədə kanalın  baş direktoru Volkan Üst məlumat verib: 


“Qarabağ” rəsmiləri ilə danışıqlarımız müsbət nəticə verib. Hələlik yalnız rəsmi müqavilənin imzalanması qalır. Ancaq demək olar ki, bütün məsələlərdə ortaq məxrəcə gəlmişik. Avropa Liqasından sonra Çempionlar Liqasının oyununu yayımlamaq bizim üçün böyük təcrübədir. Əminəm ki, bu işin öhdəsindən də uğurla gələcəyik. Çempionlar Liqası olduqca nüfuzlu bir turnirdir və CBC Sport-da bu yarışın bir hissəsi olmaqdan qürur duyur. “Qarabağ”a qitə miqyaslı yarışda uğurlar arzu edirik və inanırıq ki, Ağdam klubu yenə qrup mərhələsinə yüksələ biləcək”.


Qeyd edək ki, iyulun 12-də keçiriləcək “Qarabağ” – “Düdelanj” oyunu saat 21:00-da başlayacaq.a


Xəbər xətti