Şahin Diniyev: "O, əsl kişidir"

00:05 8 İyul 2016

“İnanıram ki, oyuna baxanlar peşman olmadı. Rəqib güclü komanda idi. Yetirmələrim ağıllı oynadı. Verdiyim tapşırıqları yerinə yetrdilər”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Dinyev deyib.
 

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında səfərdə “Daçiya” ilə qarşılaşan gəncəlilər 1:0 hesablı qələbəyə seviniblər.
 

Bu qalibiyyətlə növbəti mərhələyə yüksələn komandanın çalışdırıcısı oyunla bağlı fikirlərini bildirib: “Cinah hücumları uğurlu alındı. Futbolçular topla çox yaxşı rəftar etdi. Müdafiənin mərkəzində möhkəm oynayıb, əks-hücumlara bel bağlamışdıq, bu da öz bəhrəsini verdi. Yaxın günlərdə 50 yaşım olacaq. Həyatımın ən böyük uğurunu qazandım. 
 

- “Kəpəz”in növbəti mərhələdəki rəqibi “Admira” oldu. Komandanız bu rəqibi də keçə bilərmi?
- İştah diş altındadı. Komandanın içində deyilsiniz, problemlərimiz var. Minumum güclə maksimumu yerinə yetiririk. Tarix yazmışıq. Reallıq budu ki, Avstriyalılar bizdən güclüdü. Amma bura kimi gəlmişiksə, mərhələni adlamağa çalışacağıq. Sonda rəqibin meneceri Adlan Şişxanova da təşəkkür edirəm. O, əsl kişidi.(apasport.az)


Xəbər xətti