Klublarımızın növbəti mərhələdəki rəqibləri məlum oldu

01:03 8 İyul 2016

Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanan “Kəpəz”, “Qəbələ” və "Neftçi"nin rəqibləri müəyyənləşib. 

 

Moldova “Daçiya”nı mübarizədən kənarlaşdıran (evdə 0:0, səfərdə 1:0) Gəncə təmsilçisi növbəti mərhələdə Avstriya "Admira"sı ilə qarşılaşacaq. Bu komanda iki oyunun nəticəsinə görə (1:1, 3:2) Slovakiya “Spartak"ını (Myava) üstələyib. 


“Samtredia”dan (Gürcüstan) üstün olan “Qəbələ”nin rəqibi isə MTK olacaq. Macarıstan klubu "Aktobe"ni (Qazaxıstan) mübarizədən kənarlaşdırıb (1:1, 2:0). 


Malta "Baltsan"ını keçən (2:0, 1:2) “Neftçi” isə növbəti mərhələdə “Şkendiya” (Makedoniya) ilə üz-üzə gələcək. Bu komanda “Krakoviya”ya (Polşa) evdə 2:0 hesabıyla qalib gəlmişdisə, səfərdə 2:1 üstün olub.


Digər xəbərlər

Xəbər xətti