Məsimovun komandası da Avroliqada mərhələ adladı

11:13 8 İyul 2016

Sloveniyanın "Domjale" klubu Avropa Liqasının birinci təsnifat mərhələsində cavab oyununu keçirib. 

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz Samir Məsimovun çıxış etdiyi "Domjale" klubu səfərdə Andorra təmsilçisi "Luzitanos" ilə qarşılaşıb.


Doğma meydanda rəqibinə 3:1 hesabı ilə qalib gələn "Domjale", səfər oyununda da 2:1 hesabıyla üstün olaraq mərhələyə vəsiqə qazanıb. 


Qeyd edək ki, Məsimovun adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.


Digər xəbərlər

Xəbər xətti