Gəncədə yeniyetmə cüdoçular arasında açıq şəhər birinciliyi keçirilib

13:17 8 İyul 2016

İyulun 2-3-də Gəncədə şəhərin Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının dəstəyi, “Gəncə İdman Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə kiçikyaşlı yeniyetmə cüdoçular arasında açıq şəhər birinciliyi keçirilib. 


Sportarena.az xəbər verir ki, SSRİ idman ustası Ziyabil Abbasovun xatirəsinə həsr olunmuş və iki yaş qrupu üzrə (2003-2004, 2005-2007) təşkil edilmiş yarış Gəncə Olimpiya İdman Kompleksində baş tutub. Açıq şəhər birinciliyində Gəncədən, eləcə də müxtəlif bölgələrdən 7 komandanın tərkibində 216 yeniyetmə cüdoçu mübarizə aparıb.


Qalib və mükafatçılar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.


Qeyd edək ki, “Gəncə İdman Klubu” İB tərəfindən bu şəhərdə cüdo idman növünə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Cüdo Federasiyasına fəxri təşəkkürnamə təqdim olunub.


Xəbər xətti