Klopp "Liverpul"la müqaviləni uzatdı

16:34 8 İyul 2016

İngiltərənin “Liverpul” futbol klubu almaniyalı mütəxəssis Yurqen Kloppla uzunmüddətli müqavilə bağlayıb.


Sportarena.az klubun rəsmi saytına istinadla xəbər verir ki, calışdırıcı ilə “qırmızılar” arasında mövcud sazış 2018-ci ilədək nəzərdə tutulmuşdu. Yeni müqavilə isə 2022-ci ilədək qüvvədə olacaq. Yeni anlaşmanın maliyyə detalları isə açıqlanmayıb.


Xatırladaq ki, Klopp baş məşqçi kimi “Liverpul”da ötən ilin oktyabr ayından fəaliyyətə başlayıb. Onun rəhbərliyi altında komanda keçən mövsüm İngiltərə Premyer Liqasında səkkizinci pillədə qərarlaşıb. Bununla yanaşı, “Liverpul” İngiltərə Kuboklar Liqası və UEFA Avropa Liqasının finalçısı olub.


Digər xəbərlər

Xəbər xətti