"Lənkəran-Zirvə" "Cənub kuboku"nun qalibi oldu

22:10 8 İyul 2016

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Çimərlik Futbol Federasiyası ilə razılaşdırılmış və Cənub Regional Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən çimərlik futbolu üzrə “CƏNUB KUBOKU” uğrunda yeniyetmələr arasında yarış başa çatıb. Turnirdə Bakı, Lənkəran və Masallını təmsil edən 16 komanda iştirak edib. “Qafqaz Sahil Otel”inin Çimərlik meydançasında təşkil olunmuş oyunlarda III yer uğrunda yarışlarda UGİM (Lənkəran) – Ərkivan FC (Masallı) komandaları qarşı-qarşıya gəldilər. Final fitindən sonra qələbəni bayam edən tərəf Masallı futbolçuları olub.

Final görüşündə isə “Lənkəran-Zirvə” Bakının “Zirvə” adlı komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə 6:4 hesabı ilə yerli futbolçular “CƏNUB KUBOKU”na yiyələniblər. Bundan başqa muxtəlif nominasiyalar üzrə fərqlənən oyunçulara diplomlar təqdim edilib.
Turnirin ən yaxşı qapıçısı – Sərxan Ağayev “Lənkəran-Zirvə”
Turnirin ən məhsuldar oyunçusu, akrobatik çimərlik futboluna xas olan gözəl qolları ilə bu turnirə rəng qatan Ramin Abdullayev (“Lənkəran-Zirvə”) layiq görüldü.
Turnirin ən yaxşı naminasiyası adina isə həmin gün ad gününü qeyd edən Zeynal Axundzadə layiq görüldü.
Ən yaxşı məşqçi adına isə Bakının “Zirvə” klubunun məşqçisi Fuad Abbasov layiq görüldü.
Oyunları Çimərlik üzrə FİFA referiləri Əfqan Həmzəyev və Sədaqət Vəliyeva idarə etdilər.
Turnirdə Çimərlik Futbol Federasiyasının icraçı direktoru Rüfət Həsənov və Cənub RFF-nın prezidenti Sakin Məmmədzadə iştirak ediblər.


Xəbər xətti