(R) AAAF TV-nin yeni binasında təmir işləri görülür - VİDEO

00:10 9 İyul 2016

Dörd ay öncə inşasına başlanan AAAF TV-nin yeni binasında təmir işləri görülür. Hazırda binada alçıpan örtüyü vurulur və divarların rənglənməsi işləri davam edir. Təmir işləri ilə paralel olaraq elektrik xətləri də çəkilir. İş icraçısı Elşən Mahmudov görülən işlərdən danışarkən iki növbə üzrə çalışdıqlarını və binanın təmirinin təqribən 45 günə yekunlaşacağını deyib:

“AAAF Media”nın direktoru Rəşad Əliyev də AAAF TV-nin fəaliyyəti haqqında danışıb və yeni binanın tikintisinin sürətli şəkildə getdiyini bildirib. Əliyev gələn ildən AAAF TV-nin peyk vasitəsi ilə yayımının planlaşdırıldığını və kanalın radiosunun da fəaliyyətə başlayacağını qeyd edib.


Digər xəbərlər

Xəbər xətti