"Liverpul"un futbolçusu "Fənərbaxça"ya gəlir

01:07 9 İyul 2016

Türkiyənin “Fənərbağça” klubu daha bir futbolçunu heyətinə cəlb edir.

İstanbul klubu “Liverpul”un futbolçusu Martin Şkrteli transfer edir. Artıq tərəflər arasında razılıq əldə olunub. İyulun 11-də slovakiyalı müdafiəçinin İstanbula gələrək müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2008-ci ildən “Liverpul”un şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti