Toni Kroos yeni rekord müəyyənləşdirdi

11:14 9 İyul 2016

Almaniya yığma komandasının yarımmüdafiəçisi Toni Kroos yeni rekord müəyyənləşdirib.


Sportarena.az xəbər verir ki, Bundesteamin yarımmüdafiəçisi başa çatmaqda olan "Avro-2016" turniri ərzində səlis ötürmə sayına görə, bütün futbolçuları geridə qoyub. İyirmi altı yaşlı T.Kroos Avropa çempionatının altı oyununda komanda yoldaşlarına 582 səlis ötürmə verib.


Krossdan fərqli ötən uğurlu göstərici isə ispaniyalı Xaviyə məxsusdur. O, millisinin qalib olduğu "Avro-2012"də 546 səlis ötürmə ilə yadda qalmışdı.


Digər xəbərlər

Xəbər xətti