UEFA "Liverpul"un futbolçusuna verilmiş cəzanı ləğv etdi

13:35 9 İyul 2016

UEFA "Liverpul"un futbolçusu Mamadu Sakoya dopinqə görə verdiyi cəzanı ləğv edib.

Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, aprel ayının 28-də qəbul edilmiş qərara görə, futbolçu 30 gün müddətinə futboldan uzaqlaşdırılmışdı. Lakin, UEFA NİK Dünya Antidopinq Agentliyi (WADA) ilə apardığı danışıqlardan sonra oyunçu haqqında bəraət qərarı verib.

Qeyd edək ki, futbolçunun "Mançester Yunayted"lə Avropa Liqasının oyunundan sonra dopinq testi müsbət çıxmışdı. Bu səbəbdən o, "Avro-2016"da Fransa millisinin heyətinə daxil edilməmişdi.


Xəbər xətti