Öncə "Qarabağ", sonra "Düdelanj"

22:45 9 İyul 2016

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Düdelanj" (Lüksemburq) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. İyulun 11-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov saat 18:15-də media mənsublarının önünə çıxacaq.

Komandanın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Düdelanj"ın baş məşqçisi isə iyulun 11-də, saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Qeyd edək ki, saat 19:00-da klub tərəfindən ayrılmış avtobus media mənsublarını "Azərsun Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaq.


Digər xəbərlər

Xəbər xətti