Poqba "Mançester Yunayted"lə razılığa gəldi

23:33 9 İyul 2016

“Mançester Yunayted” “Yuventus”un futbolçusu Pol Poqbanı transfer etməyə yaxındır. Bu barədə “As” qəzeti xəbər yayıb.
İngiltərə klubunun yeni baş məşqçisi Joze Mourinyonun fransız futbolçunu komandaya cəlb etməkdə israrlı olduğu qeyd olunub. Futbolçu özü də sabiq komandasında oynamağa razılıq verib. O, ingilislərin illik 13 milyon avroluq maaş təklifini qəbul edib. “Qırmızı şeytan”ların da “Yuventus”un Poqba üçün tələb etdiyi 120 milyon avronu ödməyə hazır olduğu bildirilir. Bu transfer baş tutsa, Poqba futbol tarixinin ən bahalı futbolçusu olacaq. Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi 2009-2012-ci illərdə “Mançester Yunayted”də çıxış edib. Ancaq əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu 2012-ci ildə “Yuventus”a pulsuz transfer olunub.
 


Digər xəbərlər

Xəbər xətti