Yozef Blatterin qulağının bir hissəsi kəsildi

01:28 10 İyul 2016

Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq prezidenti Yozef Blatter dəri xərçəngindən əziyyət çəkir və sol qulağının bir hissəsinin kəsilməsi üzrə cərrahiyyə əməliyyatı keçirib.

Sportarena.az Anspress-ə istinadən xəbər verir ki,  80 yaşlı Blatter 2015-ci ilin əvvəlində emosional gərginlik səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

FİFA-nın sabiq prezidenti Sürixdəki klinikada əməliyyat olunub. Onun əsəb sistemində yaranan problemdən də əziyyət çəkdiyi iddia olunur.


Xəbər xətti