Taekvondoçularımızdan 7 medal

10:53 10 İyul 2016

Taekvondo üzrə böyüklərdən ibarət yığma komandamızın G-1 kateqoriyalı “Luxembourg Open” beynəlxalq turnirində iştirak etmək üçün Lüksemburqa yollandığını xəbər vermişdik. 

 

Sportarena.az xəbər verir ki, artıq bu gün keçirilmiş yarışlarda bütün qaliblər müəyyən olunub.
 

Belə ki, yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edərək, böyüklər arasında turnirdə medal sayına əsasən komanda hesabında ikinci yerin sahib olub.

 
Nəticə qazanan yığma üzvlərini diqqətinizə çatdırırıq:
 

I yer - Məhəmməd Məmmədov (-63 kq)
I yer - Ayxan Tağızadə (-68 kq)
I yer - Milad Beigi Hərçəqani (-80 kq)

 

II yer - Səid Quliyev (-74 kq)
II yer - Fəridə Əzizova (-67 kq)

 

III yer - Məcid Sofiyev (-54 kq)
III yer - Radik İsaev (87+ kq)

 

Xatırladaq ki, yığma iyul ayının 12-si Bakıya geri dönəcək.


Digər xəbərlər

Xəbər xətti