İspaniya klubunun futbolçusu məşqdə zədələndi, öldü

11:35 10 İyul 2016

İspaniya 3-cü liqasında mübarizə aparan "Linares" klubunun kapitanı Fran Karles vəfat edib.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçusu məşq zamanı baldırından zədələnib. Lakin, o, bu zədəyə əhəmiyyət verməyib.
 
Bir gün sonra başgicəllənməsi olan futbolçu xəstəxanaya müraciət edib. Daxili qanaxması olan Karles təcili əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Digər xəbərlər

Xəbər xətti