Ansi Aqolli: "Qarabağ"ı Avropa çempionatında təmsil etməyim mənim üçün qürurverici idi"

12:34 10 İyul 2016

AÇ-2016-da Albaniya millisinin kapitanı və "Qarabağ" klubunun müdafiəçisi Ansi Aqolli ATV kanalında "Avro-2016" verlişinin qonağı olub.


Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu Albaniya dövlətinin onların final mərhələsindəki debütlərinin uğurlu çıxışını diqqətdən kənarda qoymayıb: 
"Hökumətimiz bizi mükafatlandırdı. Ancaq bizim üçün maddi məsələlər ikinci planda idi. Bizim üçün pul yox, azarkeşlərimizi sevindirmək önəmli idi. Onlara bəxş etdiyimiz xoş anlar bizə pul mükafatından üstün idi. Avropa çempionatı zamanı çoxlu zənglər, mesajlar aldım. Bunlar arasında "Qarabağ"lılar çox idi. "Qarabağ"ı Avropa çempionatında təmsil etməyim mənim üçün qürurverici idi".  


Təcrübəli futbolçu Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Düdelanj"la keçirəcəkləri matç barədə də danışıb: "Bu turnirdə Lüksemburqun "Düdelanj" klubu ilə oyuna hazırlaşırıq. İlk matçımız iyulun 12-də Bakıdadır. Azarkeşlərimizi stadiona dəvət edirəm. Onların stadionun doldurmalarını istəyirəm. Bu, bizə qələbə qazanmaqda kömək edəcək. İnanıram ki, onların dəstəyi sayəsində mərhələni keçəcəyik".


Xəbər xətti