Tennisçilərimizin uğuru davam edir

21:03 10 İyul 2016

Zaqrebdə (Xorvatiya) stolüstü tennis üzrə yeniyetmə və gənclərin Avropa çempionatı davam edir. 


Dünən ilk qrup mərhələsinə yekun vurulub.


Gənc qızlardan ibarət komandamız İtaliyaya, yeniyetmə qızlar Bosniya və Hersoqovinaya, yeniyetmə oğlanlar isə Estoniyaya 3:0 hesabıyla qalib gəlib.


Pley-off mərhələsində yeniyetmə qızlar Slovakiyanı, yeniyetmə oğlanlar Yunanıstanı eyni hesabla məğlub edib - 3:0.


Qeyd edək ki, bu gün gənc qızlarımız pley-offda Bolqarıstanla qarşılaşıb. Millimiz bu görüşü də 3:0 hesabıyla qalib başa vurub.


Xəbər xətti