MTK - "Qəbələ" oyununun fit sahibi bəlli oldu

13:12 11 İyul 2016

Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək MTK (Macarıstan) - "Qəbələ" ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Oyunu  Boyan Pandjiç başçılıq etdiyi İsveçdən olan hakimlər briqadası idarə edəcək. Ona Stefan Hallberq və  Maqnus Syoblom köməklik edəcək. Dördüncü hakim funksiyasını Mohammed Al-Hakimi yerinə yetirəcək.

Qeyd edək ki, MTK - "Qəbələ" oyunu iyulun 14-ü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti