Payet dandı: "...bunu qəsdən etmədim"

14:09 11 İyul 2016

"Bu, ümumi mübarizə epizodu idi. Başqa heç nə. Əgər həmin anda Ronaldonu zədələdimsə, bunu qəsdən etmədim."

Sportarena.az xəbər verir ki, bu sözləri "Avro-2016"nın finalında Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldonun zədələndiyi epizod haqda danış Dimitri Payet deyib:

"Xaraktercə belə insan deyiləm. Buna şübhə yoxdur. Oyuna gəlincə hamımız məyusuq. Topa daha çox nəzarət etdik, qol imkanlarımız oldu, ancaq hesabı aça bilmədik. Əvəzində rəqib öz şansından maksimum yararlandı. Qol hər şeyi həll etdi. Portuqaliyalılar daha effektiv idilər".


Digər xəbərlər

Xəbər xətti