Əvvəl "Neftçi", sonra "Şkendiya"

21:31 11 İyul 2016

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Şkendiya” oyunu öncəsi "ağ-qaralar"ın baş məşqçisi Vəli Qasımovun mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 13-də 8-ci km stadionunda keçiriləcək və saat 18:10-da başlanacaq. Konfransdan sonra, saat 18:30-da komandamızın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

Həmin gün 8-ci km stadionunda "Şkendiya” klubunun baş məşqçisinin mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:40-da, məşq isə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, iyulun 14-də 8-ci km stadionunda keçiriləcək "Neftçi” – "Şkendiya” oyunu saat 20:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti