"Əlincə"nin daha bir yetirməsi ölkə xaricinə yollanır

17:55 11 İyul 2016

Daim uşaq futbolunun inkişafına diqqəti ilə seçilən "Əlincə" Futbol klubu bu yöndə fəaliyyətini davam etdirir.

2010-cu ildə iş adamı Hacı Məhərrəm Novruzov tərəfindən yaradılan "Əlincə”nin daha bir yetirməsi - Hüseyn Əhmədov 10 gün öncə Ukraynanın məşhur klublarından olan "Metallist"in düşərgəsinə baxışa yollanmışdı.

Xarkov təmsilçisinin müvafiq yaş qrupunda yoxlanışdan keçən "Əlincə"nin 17 yaşadək futbolçulardan ibarət komandasının üzvü klubun məşqçiləri tərəfindən bəyənilib. Ötən mövsüm Azərbaycanın U-17 və U-16 milli komandalarına da çağırılan istedadlı futbolçumuz yaxın günlərdə "sarı-göylər"lə rəsmi müqavilə imzalayacaq.

Xatırladaq ki, ötən il "Əlincə”nin daha 2 yetirməsi - Qara Qarayev İspaniyanın "Malaqa" , Turan Vəlizadə isə Tükiyənin "Fənərbağça" klublarında yoxlamadan uğurla keçmiş və komandalara dəvət almışdılar. Qarayev hazırda karyerasını ölkədə davam etdirsə də, Turan Vəlizadə indi də "Fənərbağça"nın U-16 komandasının uğurları üçün çalışır.

 


Digər xəbərlər

Xəbər xətti