"Qarabağ" - "Düdelanj" matçına nə qədər bilet satılıb

15:32 12 İyul 2016

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Ağdamın "Qarabağ" futbol klubu ilə Lüksemburqun "Düdelanj" komandası arasında keçiriləcək oyuna bilet satışı davam edir.


Sportarena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təşkil olunacaq matça 15 min bilet satılıb. Biletlər yerindən asılı olaraq 1-5 manat aralığındadır. VİP yerlər üçün isə 30 manatdır.


Qeyd edək ki, qarşılaşma saat 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti