"Barselona" Avropa çempionatının finalçısını transfer etdi

01:27 13 İyul 2016


İspaniyanın "Barselona" klubu Fransa milli komandasının və "Lion"un futbolçusu Samuel Umtitini transfer edib.

23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Transfer məbləği 25 milyon avro təşkil edib. "Barsa" isə yeni oyunçusuna 60 milyon avro satış qiyməti qoyub.

Qeyd edək ki, Samuel Umtiti ötən mövsüm Fransa çempionatında 30 oyuna 1 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti