AFFA Şeydayevə görə FİFA-ya müraciət etdi - RƏSMİ

10:05 13 İyul 2016

Futbolçu Ramil Şeydayev AFFA-ya müraciət edərək Azərbaycan milli komandasında çıxış etmək arzusunda olduğunu bildirib.


Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, R.Şeydayevin Azərbaycan milli komandasında çıxış etməsinin hüquqi baxımdan mövcud qaydalara uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AFFA FİFA-nın müvafiq komitəsinə müraciət ünvanlayıb.


FİFA-nın məsələ ilə bağlı qərarı barədə ictimaiyyətə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti