"Barselona" PSJ-nin futbolçusunu transfer etdi

17:36 13 İyul 2016

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Barselona" klubu daha bir transferi gerçəkləşdirib.

 

Sportarena.az "Barselona"nın rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya klubu PSJ-nin müdafiəçisi Lukas Dini transfer edib. 


Komanda futbolçunu transfer etmək üçün 16.5 milyon avrosundan keçməli olub. Lakin müdafiəçinin "Barselona"dakı çıxışı uğurlu alınarsa, klub PSJ-yə daha 4 milyon avro bonus ödəyəcək.


22 yaşlı futbolçu sabah İspaniyaya gedəcək və tibbi müayinədən keçdikdən sonra onunla 5 illik müqavilə imzalanacaq.


Qeyd edək ki, fransalı futbolçu son mövsümü "Roma"da icarə əsasında oynayıb.


Digər xəbərlər

Xəbər xətti