Vitsel "Everton"un təklifini qəbul etdi

21:28 13 İyul 2016

"Zenit"in yarımmüdafiəçisi Aksel Vitsel "Everton"a keçməyə yaxındır. 


Bu barədə "Sport Mediaset" məlumat verib. 


Məlumata görə, ingilis klubu futbolçuya 7 milyon avro məvacib təklif edir.


"Napoli" klubu da Vitselə iddialı idi. Lakin italyanlar Vitseli inandıra bilmədilər. Nəticədə "Zenit" "Everton"un təklifini daha məqbul sayır.


Qeyd edək ki, Vitsel 2012-ci ildə Benfikadan Zenitə keçmişdi. 


Xəbər xətti