Braziliya millisinin üzvü "Sevilya"da

21:55 13 İyul 2016

"San Paulu" klubunun prezidenti Leko Qansonun "Sevilya"ya ehtimal edilən transferindən danışıb.

Sportarena.az xəbər verir ki, o, bu barədə açıqlama verərək bunları deyib:

"Qanso artıq "San Paulu"nun planlarına daxil deyil. O, başqa bir kluba keçmək istədiyini bildirdi və mən də bunu qəbul etməliyəm.

Qanso hər zaman nümunəvi davranışları ilə seçilib. Onun komandaya çox böyük faydası dəyib", – deyə Leko qeyd edib.

Xatırladaq ki, 26 yaşlı futbolçuya görə Sevilya 9,5 milyon avro ödəyəcək. Qanso vaxtilə Neymarla birlikdə Braziliyanın ən böyük istedadı hesab edilirdi.


Digər xəbərlər

Xəbər xətti