"Real" 2-ci, "Barselona" 3-cü oldu

00:38 14 İyul 2016

Dünyaca məşhur "Forbes" jurnalı idman klublarının yeni reytinqini açıqlayıb.


Sportarena.az xəbər verir ki, İspaniyanın "Real" klubu dünyanın ən bahalı idman klubları sırasında birinci pillədəki yerini əldən verib.
 
Belə ki, junralın tərtib etdiyi siyahının ilk pilləsində 4 milyard dollar dəyərə sahib olan Amerika Futbolu Liqası klublarından "Dallas Kovboys" yer alıb.
 

Son üç ilin birincisi "Real" isə ikinci pilləyə geriləyib. Onun dəyəri 3.65 milyradla ölçülür.
 

Siyahının 3-cü pilləsində isə 3.55 milyard dollarla "Barselona" klubu qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti