"Kəpəz" Avstriyadadır

01:14 14 İyul 2016

UEFA Avropa Liqasının II mərhələsinin ilk oyununda səfərdə “Admira” ilə qarşılaşacaq “Kəpəz” bu gün Avstriyaya gəlib. 

 

Sportarena.az xəbər verir ki, çarter reysi ilə Bratislavaya (Slovakiya) gələn komanda oradan avtobusla Sankt-Pyölten şəhərinə yollanıb. Təxminən saatyarımlıq yolçuluqdan sonra “sarı-göylər” “Lengbachhof” otelinə çatıb.

 

Nahardan sonra komanda üzvləri istirahətə çəkilib. “Kəpəz” yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) “NV Arena”da oyun öncəsi son məşqinə çıxacaq. Hazırlıq prosesindən öncə isə Gəncə klubunun baş məşqçisi Şahin Diniyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti