Baloteli "Liverpul"dan qovuldu

12:10 14 İyul 2016

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Mario Balotellidən imtina edib. Alman mütəxəssis italiyalı futbolçunun komandasında oynayacaq səviyyədə olmadığını bildirib.

Luis Suaresin “Barselona”ya keçidindən sonra “Liverpul” Balotellini böyük ümidlərlə transfer edib. Lakin ümidləri doğrultmayan futbolçu “Milan”a icarəyə verilib. “Milan”la icarə müqaviləsi başa çatan italiyalı futbolçu “Liverpul”a dönüb və komandanın hazırlığına qatılıb. Lakin Yurgen Klopp ondan razı qalmayıb. Alman mütəxəssis yeni mövsümdə onu komandada görmək istəmir. Bu qərarı Balotellinin də diqqətinə çatdırdığını deyən baş məşqçi “Mario hazırda hücum xəttindəki futbolçularla rəqabət aparacaq səviyyədə deyil. Hər kəs üçün ən yaxşısı Balotellinin karyerasını başqa klubda davam etdirməsidi. Onu transfer etməkdən xoşbəxt olacaq bir klubun olduğunu düşünürəm” – deyə Klopp bildirib.

Hazırda Balotellinin transferini ən çox istəyən“Sampdoria”dı. Klubun prezidenti Massimo Ferrero bir neçə gün əvvəl “Sampdoria” Marionun karyerasında yenidən partlayış yaratması üçün ən mükəmməl klubdu” demişdi. “Liverpul” 2014-cü ildə Balotellini “Milan”dan 20 milyon avroya alıb.


Xəbər xətti