Arda "Barselona"da qalır, ya gedir?

13:54 14 İyul 2016

Arda Turanın başqa kluba keçəcəyinə dair yayılan dedi-qodulara futbolçunun transfer meneceri Ahmet Bulut aydınlıq gətirib.

Sportarena.az xəbər verir ki, 29 yaşlı futbolçu verdiyi açıqlamada Ardanın “Barselona”da xoşbəxt olduğunu söyləyib. İngiltərənin “The Guardian” qəzetine verdiyi müsahibədə Ahmet Bulut “Ardaya marağın olması normal haldır ancaq o, kataloniyada xoşbəxtdir” deyib.

Qeyd edək ki, ispan mətbuatında çıxan xəbərlərdə “Barsa”nın Ardanı transferə çıxardığı iddia edilirdi.

Onunla “Arsenal”, “Yuventus”, “Çelsi”, “Fənərbaxça” və “Borussiya”(Dortmund klubları yaxından maraqlanır.


Digər xəbərlər

Xəbər xətti